Rəng nədir? Necə meydana gəlir?

B əzi incəliklər insan yaddaşında əhəmiyyətli yer tutar və heç dəyişməz. Məsələn ən çox tanınan cisimlər olan ağaclardan başlayaq. Ağacların rəngi həmişə yaşıl və onun müxtəlif çalarlarıdır. Payız gəldikdə bu rənglərin dəyişəcəyini hamı bilir. Səmanın rəngi də mavi və ya boz rəngin müxtəlif çalarlarındadır. Meyvələrin rəngləri də heç dəyişməz, məsələn əriyin rəngiylə, albalının rəngi həmişə müəyyəndir, tanışdır. Bir sözlə, işıq altında olan hər canlının, hər cismin bir rəngi vardır. Ətrafınızdakı şeylərə diqqətli bir şəkildə baxın. Nələr görürsünüz? Masa, stul, pəncərənizdən görünən ağaclar, səma, evinizin divarları, ətrafınızdakı insanların üzləri, yediyiniz meyvələr, hal-hazırda oxuduğunuz kitab... Bunların hamısı ayrı bir rəngə malikdir. Bütün bu rənglərin nəyə görə təyin olunduğunu, necə təşkil edildiyini və necə meydana gəldiyini heç düşündünüzmü?

Canlı həyatında olduqca əhəmiyyətli bir rolu olan rənglərin meydana gəlməsi üçün hansı şeylərin lazım olduğunu ümumi olaraq araşdıraq. (Bu maddələr daha sonra təfərrüatlı olaraq ələ alınacaq.) Tək bir rəngin, məsələn, yalnız qırmızının ya da yalnız yaşılın meydana gəlməsi üçün aşağıda maddələr halında verilmiş olan əməliyyatların hər biri bu ardıcıllığa görə reallaşmalıdır.

1-Rəngin meydana gəlməsi üçün lazım olan ilk şərt işığın varlığıdır. Bu səbəblə də əvvəlcə Günəşdən gələn şüaların necə bir xüsusiyyətə sahib olmasının lazım olduğunu araşdıraraq başlamaqda fayda vardır. Rənglərin meydana gələ bilməsi üçün Günəşdən yer üzünə gələn şüalar, rəngləri meydana gətirə biləcək şəkildə, müəyyən bir dalğa uzunluğuna sahib olmalıdır. Günəşin yaydığı bütün şüaların içindən yalnız “görünən şüalar” olaraq adlandırılan bu şüaların yer üzünə gəlmə ehtimalı 1025-də bir ehtimaldır. Bu inanılması çətin olan ehtimal reallaşar və rənglərin meydana gəlməsi üçün lazım gələn şüalar Günəşdən Dünyaya çatar.


2-Günəşdən gəlib kosmosa yayılan işıq həqiqətdə gözə zərər verəcək xüsusiyyətlərə malikdir. Buna görə də Dünyaya çatan işıq, gözün asanlıqla qəbul edə biləcəyi və zərər verməyəcəyi vəziyyətə gəlməlidir. Bunun üçün şüalar bir süzgəcdən keçməlidir. Bu nəhəng süzgəc Dünyanı əhatə edən “atmosfer”-dir.


3-Atmosferdən keçən işıq yer üzünə səpələnir və rast gəldiyi maddələrin hamısına dəyərək əks olunur. İşığın dəydiyi maddələr, işığı udmayıb əks etdirəcək xüsusiyyətlərdə olmalıdır. Göründüyü kimi maddələrin quruluş xüsusiyyəti də yer üzünə gəlib çatan bu işıqla rəngləri meydana gətirəcək şəkildə uyğun olmalıdır. Bu şərt də reallaşar və Günəşdən gələn işığın dəydiyi maddələrdən asanlıqla yeni bir işıq dalğası yayılır.


4-Rənglərin meydana gəlməsindəki digər bir mərhələ də işıq dalğalarını qəbul edə biləcək bir qəbulediciyə, yəni gözə ehtiyac olmasıdır. İşıq dalğalarının görmə orqanlarıyla da uyğunluq içində olması zəruridir.


5-Günəşdən gələn şüalar gözümüzün təbəqələrindən keçib torlu qişada elektrik siqnalına çevrilməlidir. Daha sonra bu elektrik siqnalları insan beynində görünüşü dərk etməklə məsul olan görmə mərkəzinə çatdırılmalıdır.


6-Bizim hər hansı bir rəngi gördüyümüzü ifadə edə bilməyimiz üçün reallaşması lazım olan son bir mərhələ daha vardır. Rənglərin meydana gəlməsindəki son mərhələ görmə mərkəzinə gələn elektrik siqnallarının, burada olan sinir hüceyrələri tərəfindən “rəng” olaraq başa düşülməsidir.
Göründüyü kimi tək bir rəngin meydana gəlməsi üçün olduqca təfərrüatlı və bir-birinə bağlı bir ardıcıllıqla baş verən əməliyyatlar reallaşmalıdır.

Rənglə əlaqədar olaraq əldə edilən bütün məlumatlar rəngin meydana gəlməsi vaxtı baş verən hər bir əməliyyatın çox həssas tarazlıqlar üzərinə qurulmuş olduğunu göstərir. Bu həssas tarazlıqlar olmadığı təqdirdə rəngli bir dünya yerinə bulanıq və qaranlıq bir dünya içində qalmağımız hətta görmə qabiliyyətimizi itirməyimiz mümkündür. Yuxarıda sayılan maddələrdən yalnız torlu qişadakı elektrik siqnallarını qəbul edəcək hüceyrələrin olmadığını düşünək. Nə gələn günəş işığının kafi xüsusiyyətlərə sahib olması, nə gözün digər hissələrinin tam olması, nə də atmosferin varlığı kifayət etməyəcək.

.

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar