Rəng verən malekullar piqmentlər

D aha əvvəlki hissələrdə maddələrdə olan piqment molekullarının fərqli atom xüsusiyyətlərindən ötrü şüaları fərqli şəkillərdə əks etdirmələrindən və bu sayədə rəng çalarlarının ortaya çıxdığından bəhs etmişdik. Ətrafınıza yenə belə bir baxın. Gözünüzün gördüyü sahədə nə qədər çox fərqli rəng varsa, bu o qədər fərqli sayda piqmentin varlığını göstərər. Çünki ətrafımızda gördüyümüz hər şeyin rəngi, maddələrin tərkibində olan piqmentlərdən asılıdır. Bitkilərin yaşıl rəngi, dərinizin rəngi, gözünüzün rəngi, heyvanların rəngi, bir sözlə, bütün rənglər hamısı piqmentlərin quruluş xüsusiyyətindən qaynaqlanır.

Piqment nədir?

Piqmentlər həm gözümüzdə, həm də obyektlərin əsasən xarici səthlərində olaraq rənglərin meydana gəlməsini təmin edən xüsusi molekullardır. Piqment molekullarının hərəkətə keçməsi üçün müəyyən bir enerji lazımdır. Əlbəttə ki, rənglərin meydana gəlməsindəki digər bütün mərhələlərdə olduğu kimi, piqmentlərlə işıq arasında da yenə qüsursuz bir uyğunluq vardır. Çünki yer üzünə gəlib çatan "görünən şüalar", canlılarda rəng molekulu olaraq bilinən "piqment" molekulları üçün xüsusi olaraq nəzərdə tutulmuşdur.

Bundan başqa insan gözü də buna uyğun bir quruluşa malikdir. Gözümüzün torlu qişasında olan konus hüceyrələrinin də üç əsas rəngi, yəni qırmızı, yaşıl və mavini qəbul etməsinin səbəbi də içlərində olan xüsusi piqment molekullarıdır. Bu piqmentlərin rəngli bir dünya görməyimiz üçün reallaşdırdıqları əsas əməliyyat özlərinə gələn işığın “rəng” enerjisini elektrik siqnalına çevirmələridir. Yəni rəng deyə bildiyimiz hər şey əslində bu piqmentlərin özlərinə gələn işığın dalğa uzunluğunu elektrik siqnalı olaraq beyinə çatdırmalarıdır.


Görünən şüanın sahib olduğu enerji səviyyəsi, canlıların dərilərində, dərilərini örtən pulcuqlarında, tüklərində və ya xəzlərində olan piqment molekullarını hərəkətə keçirmək üçün lazım olan enerji səviyyəsinə bərabərdir. Görünən şüaların intervalı daxilində olan və müəyyən rənglərə uyğun gələn dalğa uzunluqları bu piqmentləri hərəkətə keçirərək canlıların rənglərini əmələ gətirirlər.
Göründüyü kimi canlıların, həm görmə mərkəzlərində, həm də bədənlərində olan piqmentlər, fəaliyyət göstərən digər bədən sistemləriylə birlikdə tam bir uyğunluq halındadırlar. Bir canlının görmə mərkəzində xüsusi bir piqment molekulunun olmaması və ya lazım olduğundan az olması onun ətrafındakı rəngləri seçə bilməməsinə səbəb olur.


Burada əsas olan məqam bu xüsusi molekulların canlıların dərilərində necə meydana gəldiyi sualının cavabıdır. Bu sualın cavabını da yenə suallar soruşaraq verə bilərik. Canlılar yer üzünə gəlib çatan xüsusi işıq spektrinin xüsusiyyətlərini bilib ona uyğun xüsusi piqment molekulları seçərəkmi bu rənglərə sahib olmuşlar? Əlbəttə ki, belə bir təsadüfün baş vermə ehtimalı sıfırdır.
Bu xüsusi molekullar canlıların dərilərinə xüsusi olaraq yerləşdirilmişdir. Aydındır ki, nə canlıların belə bir əməliyyatı öz iradələriylə reallaşdırmaları, nə də nəzarətsiz təsadüflərin belə bir şeyi meydana gətirməsi mümkün deyil. Çünki qeyd olunan uyğunluq, ancaq hər şeyi öz nəzarət altında saxlayan bir İradənin yaratması ilə reallaşa biləcək bir uyğunluqdur. Allah hər bir canlını özünə məxsus çox təfərrüatlı xüsusiyyətlərə sahib olaraq yaratmışdır. Canlı-cansız hər bir obyekt öz xüsusiyyətinə uyğun piqmentlərə malikdir. Piqmentlər işığı öz molekulyar quruluşlarına əsasən seçici bir şəkildə udarlar. Hər piqment işığa qarşı eyni reaksiyanı verməz. Bundan ötrü də eyni kimyəvi reaksiyanı həyata keçirməz və eyni rəngi meydana gətirməz.


Nümunə olaraq bitkilərin yaşıl görünmələrinə səbəb olan piqment molekullarını, yəni xlorofilləri göstərə bilərik. Bu piqmentlər Günəşdən gələn müəyyən dalğa uzunluqlarını udar və yaşıl rəngi verən dalğa uzunluğundakı işığı əks etdirərlər. Həmçinin günəş işığından aldıqları enerji, bitkilərin bütün canlıların qida mənbəyi olan karbonhidratları əmələ gətirmələrini təmin edər.  Fərqli piqment molekulları da öz molekulyar xüsusiyyətlərinə görə müəyyən dalğa uzunluqlarındakı rəngləri əks etdirər və müxtəlif kimyəvi reaksiyalar meydana gətirərlər.

Təbiətdə olduqca çox piqment növü vardır. Piqment molekullarının canlılar üçün xüsusi olaraq dizayn olunduğunu görmək üçün yalnız bir neçə nümunə vermək kifayət edəcək.

Piqment növlərindən nümunələr: Qoruyucu rəng qaynağı melanin

Canlıların gözləri həqiqətdə işığa qarşı olduqca həssasdır və mənfi istiqamətdə çox asan təsirlənə bilər. Amma biz gözlərimizdə Allah tərəfindən xüsusi olaraq yaradılmış olan köməkçi sistemlər sayəsində güvən içində günəşə baxa bilərik, ətrafımızı asanlıqla görə bilərik. Bu köməkçi sistemlərdən biri də gözlərdə olan piqment molekullarıdır.


Məlum olduğu kimi canlıların göz rəngi müxtəlifdir. Bu rəngi təmin edən yenə piqmentlərdir. Melanin, gözün içində olan və gözə rəngini verən piqment maddələrindən biridir. Saçınıza və dərinizə rəngini verən maddə də melanindir. Ancaq melaninin vəzifəsi yalnız rəng verici bir maddə olması deyil. Tədqiqatçılar gözdə olan melanin maddəsinin həm gözün zərərli şüalardan qorunmasında istifadə edildiyini, həm də görmə qabiliyyətinin artırılmasını təmin etdiyini ortaya çıxarmışlar. Təbiətdə işığın meydana gətirəcəyi zərərli təsirlərə qarşı ən təbii həll olan melanin maddəsi, xüsusilə yüksək enerjili işıqları, aşağı enerjili işıqdan daha intensiv bir şəkildə udur. Yəni mavidən çox ultrabənövşəyini, yaşıldan çox mavini udar.  Bu yolla melanin gözün linzasını zərərli ultrabənövşəyi şüalara qarşı qorumuş olar. Torlu qişanın toxumasına zərər vermə xüsusiyyəti olan rəngləri müəyyən ölçülərdə süzgəcdən keçirərək torlu qişanın ən ideal səviyyədə qorunmasını təmin edər. Beləcə sarı nöqtə xəstəliyi riskini azaldır. Göz melanini daha az olan kəslərdə bu xəstəlik daha sıx müşahidə olunur. Gözdəki melaninin 25%-i 50 yaşlarda yox olur. Melaninin gözün qorunmasında çox əhəmiyyətli bir vəzifəsi vardır.  Bütün bunlardan da başa düşüldüyü kimi, melanin maddəsinin vəziflərinin hər biri, bizə bu maddədəki xüsusi dizaynı göstərir. Bu mükəmməl maddənin necə ortaya çıxdığı sualına veriləcək cavab, şübhəsiz ki, belə qüsursuz bir quruluşa sahib olan çox funksiyalı bu maddənin təsadüfən ortaya çıxmasının qeyri-mümkün olmasıdır. Melanin maddəsi, kainatdakı hər şey kimi, Allah tərəfindən insanlara fayda verəcək şəkildə xüsusi olaraq yaradılmış bir maddədir.

 

Canlı rənglərin qaynağı karotinoid

Karotinoid (və lipokromlar) sarı, qırmızı və portağal rəngini verən və bitkilər tərəfindən hazırlanan piqment molekullarıdır. Heyvanların bu piqmentdən faydalanması isə ancaq bitkilərlə qidalanmaları yolu ilə reallaşır. Zəhərli süngərlər, dəniz lalələri, zəhərli dəniz xiyarları və bəzi molyuskalar bədənlərində topladıqları karotinoid maddəsinin bir nəticəsi olaraq ya qismən, ya da tamamilə sarı, qırmızı və ya narıncı rənglərə sahibdirlər. Bundan başqa kəpənəklərin qanadlarında və quşların dimdiyindəki sarı hissələrdə də karotinoid maddəsi mövcuddur.  Bəzi böcəklərdə xüsusi vəzilər sarı və qırmızı rəng ifraz edir. Bu birləşmələrin əsasən solğun yaşıl rəngdədir, hətta rəngsizdir, amma zəhərli böcəklərin qanında parlaq sarı bir rəngə çevrilər. Bu rənglər düşmənlərə qarşı bir xəbərdarlıq xüsusiyyəti daşıyır. Bundan başqa karotinoidlər, bəzi böcəklərin bədənlərində zəhərli birləşmələrə çevrilər, beləcə həm silah, həm də xəbərdaredici olaraq iki vəzifə yerinə yetirərlər.  Uca Allahın yaratdığı bu xüsusi sistem sayəsində bir çox canlı həyatını rahatlıqla davam etdirir.


Bura qədər təbiətdə mövcud olan piqment növlərindən yalnız bir neçəsini təhlil etdik. Bu təhlillər əsasında gəldiyimiz nəticə piqmentlərin, bu piqmentləri meydana gətirən atomların, əmələ gələn rənglərin hamısında özünü göstərən nizamın varlığı oldu. Bu üstün nizamın sahibi bütün aləmlərin Rəbbi olan Allah, təbiətdə yaratdığı bənzərsiz rəng sənəti ilə bizə Özünü tanıdır.

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur. (Həcc surəsi, 46)

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar