Təkamülün aşıqlaya bilmədiyi bir mövzu: Uyğunluq və simmetriya

Y aşadığımız Dünyada və Dünyanın yerləşdiyi kainatda çox böyük bir uyğunluq vardır. Sadəcə pəncərədən çölə baxsaq belə bu uyğunluğun bir çox dəliliylə qarşılaşarıq: Səmadakı buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz bir nizam və simmetriya mövcuddur. Təbiətə baxdığımızda hər bitkinin və ya heyvanın öz növünə məxsus rəng və naxışlara sahib olduğunu görürük. Üstəlik bu rəng və naxışlardan hər birinin canlılar üçün fərqli mənaları vardır: Cütləşmə çağırışı, hirslilik, təhlükə xəbərdarlığı və bunlar kimi bir çox anlayış heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanar.

Hər şeyin öz-özünə baş verən təsadüflərin nəticəsində əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi, təbiətdə müşahidə olunan sənət, rəng müxtəlifliyi və uyğunluq qarşısında tamamilə çıxılmaz vəziyyətdədir. Təkamülçülərin canlılardakı dizayn qarşısında düşdükləri vəziyyəti nəzəriyyənin banisi olan Çarlz Darvin də etiraf etmək məcburiyyətində qalmışdır. Darvin canlılardakı rənglərin niyə xüsusi mənalarının olduğunu başa düşə bilmədiyini belə ifadə edir:

Çətinlik çəkdiyim məqam, niyə bəzi tırtılların olduqca gözəl və möcüzəvi bir şəkildə rəngli olduqlarıdır. Bəziləri təhlükələrdən qorunmaq üçün rəngləndirilmişdirlər. Yalnız fiziki şərtlər üçün belə parlaq rənglərinin olmasını çətinliklə başa düşə bilirəm... Əgər biri, erkək kəpənəklər cinsiyyət seçimi ilə gözəl bir görünüş əldə etmələrinə baxmayaraq niyə eyni səbəblərlə tırtılları qədər gözəl olmadıqlarını soruşsa necə cavab verərsən? Mən buna cavab verə bilmərəm...

Yenə Çarlz Darvin başqa bir ifadəsində öz nəzəriyyəsi ilə əlaqədar olaraq düşdükləri ziddiyyəti bu şəkildə ifadə edir:


Parlaq rənglər, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər, bu gözəlliyin təbii seleksiyanın nəzarəti altında reallaşdığını düşünə bilmirəm.

 

Əlbəttə ki, təbiətdəki rənglərin, nizamın və simmetriyanın təbii seleksiya ilə meydana gəlməsi qeyri-mümkündür. Bu məqamda təkamülün irəli sürdüyü “təbii seleksiya” anlayışını araşdırmaqda fayda vardır: Məlum olduğu kimi təbii seleksiya təkamül nəzəriyyəsinin xəyali mexanizmlərindən biridir. Buna görə də təbiətdəki canlılardan mühitə ən yaxşı uyğunlaşanlar həyatda qalar, gücsüz olanlar və ətraf mühitə uyğunlaşmayanlarsa məhv olar. Təkamülçü iddiaya görə bir canlı üçün faydalı olan bir dəyişiklik, digərlərinin arasından seçilərək o canlıda daimi hala gəlir və bu şəkildə bir sonrakı nəslə köçürülür. Belə bir mexanizmlə təbiətdəki canlıların rənglərinin, naxışlarının, cizgilərinindəki simmetriyanın əmələ gəlməsi, əlbəttə ki, mümkün deyil. Bu, olduqca açıq bir həqiqətdir. Nəzəriyyənin banisi olmasına baxmayaraq, Darvin də xəyali təbii seleksiya mexanizminin belə bir nizamı meydana gətirə bilməyəcəyini etiraf etmək məcburiyyətində qalmışdır. Bundan başqa J. Hawkes, “New York Times Magazin” də nəşr olunan “Nine Tentalizing Mysteries of Nature” adlı məqaləsində təbii seleksiyanın mənasızlığını belə sorğulayır.


Quşları, balıqları, çiçəkləri və s. gözqamaşdırıcı gözəlliyi yalnız təbii seleksiyaya borclu olduğumuza inanmaqda çətinlik çəkirəm. Üstəlik, insan şüuru elə bir mexanizmin məhsulu ola bilərmi? Necə ola bilər ki, sivilizasiya nemətinin yaradıcısı olan insan beyni: Sokrat, Leonardo da Vinçi, Şekspir, Nyuton və Eynşteyn kimi şəxsləri ölümsüzləşdirən yaradıcı görüntü, “həyat mübarizəsi” adlanan meşə qanununun bizə bir hədiyyəsi olsun.


Təkamülçülərin bu etiraflarından da aydın olduğu kimi, öz nəzəriyyələrinin nə qədər çıxılmaz vəziyyətdə olduğunu özləri də bilir. Onsuz da yer üzündə şimşəklərin çaxması, yağışların yağması nəticəsində təsadüfən meydana gəlmiş bir hüceyrənin, vaxt ərzində rəngarəng canlılara necə çevrildiyi iddiası ağıl sahibi heç bir insanın müdafiə edə biləcəyi bir iddia deyil. Düşünün ki, bir elm adamı çıxsa və tək bir hüceyrə, məsələn bir bakteriya hüceyrəsini götürsə, ən uyğun laboratoriya şəraitini yaratsa, lazım olan hər cür vəsaitdən istifadə etsə, milyonlarla il (olmaz, amma olduğunu güman edək) bu hüceyrənin təkamül keçirməsi üçün səy göstərsə, sonunda nə əldə edər? Bir bakteriyanı gözqamaşdırıcı rəngləriylə bir tovuz quşuna və ya üzərindəki qüsursuz naxışlarla bir bəbirə, ya da məxmər görünüşündəki qırmızı yarpaqları olan bir gülə çevirə bilərmi? Əlbəttə ki, belə bir şey ağıl sahibi insanlar tərəfindən nə düşünülə bilər, nə də iddia edilə bilər. Amma təkamül nəzəriyyəsinin iddiası tam olaraq budur.

Təkamülün çıxılmaz vəziyyəti “rəng”

Canlıların sahib olduğu rənglərin və rəng dəyişdirmə sistemlərinin təbii seleksiya ilə meydana gələ bilməyəcəyini bir nümunə üzərində görək. Buqələmunları ələ alaraq düşünək. Onlar mühitin rənglərinə uyğunlaşa bilən, olduqları mühitə görə rəng dəyişdirə bilən canlılardır. Yaşıl bir yarpağın üzərində olarkən yaşıl bir rəng alır, qəhvəyi bir budağın üzərindən keçdiyində isə dərisi çox qısa bir müddət ərzində qəhvəyi rəng alar. Rəng dəyişdirmə prosesinin necə baş verdiyini birlikdə düşünək.
Bir canlının dərisinin rəngini dəyişdirməsi bədənində meydana gələn olduqca mürəkkəb əməliyyatlar nəticəsində baş verir. Bir insanın öz rəngini və ya başqa bir canlının rəngini dəyişdirməsi mümkün deyil. Çünki insan bədənində buna uyğun sistemlər yoxdur. Belə bir sistemi bir insanın öz-özünə meydana gətirməsi də mümkün deyil. Çünki bu çıxardılıb yerinə taxılacaq bir texniki alət deyil. Bir sözlə, bir canlının rənginin dəyişdirə bilməsi üçün o canlının rəng dəyişdirmə mexanizmiylə birlikdə yaranması vacibdir.


Yer üzündəki ilk buqələmunu düşünək... Əgər bu canlıda rəng dəyişdirmə xüsusiyyəti olmasaydı nələr baş verərdi? Əvvəlcə buqələmun gizlənə bilmədiyi üçün asan bir yem olardı. Bundan başqa asanlıqla seçilə biləcəyi üçün qida əldə etməsi də olduqca çətinləşərdi. Bu da, başqa bir müdafiə sistemi olmayan buqələmunun ölməsinə ya da ac qalmasına və bir müddət sonra da növünün yox olmasına səbəb olardı. Amma bu gün dünyada hələ də buqələmunların olması, belə bir hadisənin baş vermədiyinin ən əhəmiyyətli dəlilidir. Bu halda buqələmunlar, ilk yarandıqları andan etibarən bu qüsursuz sistemə malikdilər.
Təkamülçülər buqələmunların bu sistemi vaxt ərzində yaratdıqlarını iddia edərlər. Bu vəziyyətdə ağıla bəzi suallar gələcək. Buqələmun rəng dəyişdirmək üçün bu qədər mürəkkəb bir sistem yaratmaq əvəzinə, niyə daha sadə bir müdafiə sistemi yaratmağı seçməmişdir? Niyə bu qədər çox müdafiə növü olduğu halda, rəng dəyişdirməyi seçmişdir? Rəng dəyişdirmək üçün lazım olan kimyəvi proseslərin baş verdiyi mexanizm buqələmunda necə meydana gəlmişdir? Belə bir mexanizmi bir sürünənin fikirləşməsi və sonra da lazımi sistemləri bədənində yaratması mümkündürmü? Həmçinin bir sürünənin hüceyrələrindəki DNT-lərə lazımi rəng dəyişikliyi üçün lazımi məlumatı kodlaşdırması mümkündürmü?


Əlbəttə ki, belə bir şey əsla mümkün ola bilməz. Bu suallara və bənzərlərinə verilən cavablardan tək bir nəticə əldə olunur: Bir canlının öz rəngini dəyişdirə biləcək qədər mürəkkəb bir sistemə öz-özünə sahib olması mümkün deyil.
Yalnız rəng dəyişikliyi sistemləri deyil, canlılardakı rəng və naxış müxtəlifliyi də üzərində ciddi şəkildə dayanılması lazım olan bir mövzudur. Tutuquşulardakı canlı rənglərin, balıqlardakı rəng zənginliyinin, kəpənəklərin qanadlarındakı simmetriyanın, çiçəklərdəki gözqamaşdırıcı naxışlar və digər canlıların rənglərinin öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Belə qüsursuz naxışlar, canlının həyatında çox əhəmiyyətli vəzifələri olan rəng və formalar açıq-aşkar bir yaradılışın dəlilləridir. Ətrafımızdakı rənglərin meydana gəlməsində üstün bir dizaynın olduğu açıq şəkildə ortadadır.


Bunu belə bir misalla aydınlaşdıraq: Hər hansı bir məhsulu dizayn etdiyimizi və bu dizaynın da kvadratlardan meydana gəldiyini düşünək. Bu kvadratlardan birini çəkə bilmək üçün belə kiçik bir hesablama əməliyyatı apararaq, dörd tərəfi bir-birinə bərabər olacaq, həmçinin dörd bucağı da həmişə 90 dərəcə olacaq şəkildə bir tənzimləmə əməliyyatı yerinə yetirməliyik. Kvadratı ancaq bu tənzimləmələrdən sonra çəkə bilərsiniz. Göründüyü kimi tək bir kvadratın çəkilməsi üçün belə bir ağıl lazımdır.
Eyni məntiqi ətrafımızdakı canlılara uyğunlaşdıraraq düşünək. Canlılarda tam mənasıyla qüsursuz bir uyğunluq, nizam və plan vardır. Bir kvadratın çəkilməsində ağıl lazım olduğunu başa düşən bir adam, kainatdakı nizamın, uyğunluğun, rənglərin, formaların əmələ gəlməsinin də çox üstün bir ağlın məhsulu olduğunu dərhal başa düşəcək. Bu vəziyyətdə kainat kimi bir sistemin təsadüfən meydana gəldiyini iddia etməyin əqli və elmi cəhətdən heç bir əsası yoxdur. Bütün kainat sonsuz güc sahibi Allah tərəfindən yaradılmışdır. Allah yaratdığı hər şeyi ən gözəl yaradandır.

Təbiətdəki simmetriya təsadüfən yarana bilməz!

Kainatdakı uyğunluğu təmin edən ən diqqət çəkici mövzulardan biri də, şübhəsiz ki, simmetriyadır. Canlılar simmetrik bir quruluşa sahibdirlər. Təbiətdə gördüyümüz hər hansı bir şey, məsələn bir toxum, bir meyvə ya da hər hansı bir yarpaq araşdırılacaq olsa quruluşlarındakı simmetriyanın varlığı dərhal görüləcək. Yarpaqlı bir bitkini götürək. Yarpaqlar gövdənin ətrafına bir spiral kimi dolanarlar. Bu da diqqətə çarpan bir simmetriya meydana gətirər. Eyni şəkildə bir toxumun nüvələrinin yerləşməsində də, yarpağın damarlarının düzülüşündə də diqqətə çarpan bir nizamlılıq hakimdir.


Təbiətdəki simmetriyaya başqa bir misal kimi kəpənək qanadlarını verə bilərik. Kəpənəklərin hər iki qanadında da eyni rəng çaları və eyni model vardır. Bir qanadda olan naxış digər qanadda eyni yerdə olacaq şəkildə mövcuddur.
Ətrafımızda olan bir neçə nümunəylə qısaca olaraq qeyd etdiyimiz simmetriyanın daha bir çox növünü görə bilərik. Ancaq əhəmiyyətli olan budur: Verilən nümunələrdə əldə edilən ortaq bir nəticə var. Canlılarda bənzərsiz bir nizamlılıq, daha doğrusu möhtəşəm bir sənət vardır. Kainatın heç bir şəkildə təsadüfən yarana bilməyəcəyinin ən böyük dəlillərindən biri də bu nizamlılıq və incəliklərlə təchiz olunan sənətdir. Prof. Camal İldırım təkamülçü olmasına baxmayaraq, Təkamül Qaydası və Fanatizm adlı kitabında bu həqiqəti belə ifadə edir:


Canlılarda üstəlik müəyyən bir məqsədə xidmət etdiyi müşahidə olunan bu nizamı, şans ya da təsadüf məhsulu hesab etmək inandırıcı olmaqdan uzaqdır.


Kainatdakı hər şey Allah tərəfindən böyük bir nizam içində yaradılmışdır. Allah hər şeyi nəzarəti altında saxlayandır:

Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 163-164)

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar