Bitkilərdəki müxtəlif rənglər necə ortaya çıxır?

D aha əvvəl də qeyd etdiyimiz kimi, hər maddənin əks etdirdiyi rəng, o maddənin sahib olduğu piqment molekullarından asılıdır. Yaşıl bitkilərdəki əsl piqment molekulu da daha əvvəl qeyd olunan "xlorofil" maddəsidir. Bununla yanaşı bitkilərdə başqa rəngləri meydana gətirən piqmentlər də var və bu fərqli piqment növləri bitkilərdə gördüyümüz fövqəladə rəng müxtəlifliyinin meydana gəlməsini təmin edər. Məsələn xlorofillə yanaşı bitkilərdə "karotinoid" adı verilən piqmentlər də vardır. Daha əvvəl təfərrüatlarını təhlil etdiyimiz bu piqmentlərin bəziləri sarıdır və bunlar qarğıdalılara, limonlara, günəbaxanlara rənglərini verərlər. Digər karotinoidlər sarıdan daha çox qırmızıdırlar; bunlar şəkər çuğundurlarında, pomidorlarda, güllərdə, köklərdə var. Karotinoid həmçinin yaşıl yarpaqlarda da var. Bu halda niyə yarpaqlar qırmızı, sarı və ya narıncı deyil, əksinə əsasən yaşıl rənglərdə görünərlər deyə düşünülə bilər. Bunun səbəbi, xlorofilin yaşıl rənginin digər rənglərin görünməsinə mane olacaq qədər güclü olmasıdır.

Bununla yanaşı, payızda dəyişikliklər meydana gəlir. Gün işığının azalması ilə birlikdə bitkilər xlorofil hazırlamağı dayandırır və buna görə də yaşıl rəngi verən piqmentlərin gücündə azalma baş verir və yarpaqlardakı yaşıl rəng solmağa başlayır. Karotinoidlər yarpaqlara qəhvəyi, sarı və qırmızı rəng verirlər. Həmçinin payızda bəzi yarpaqların xarici təbəqələrində "anthocyanin" adı verilən bir qrup piqment hazırlanır. Parlaq qırmızı və mavi rəngdə olan bu piqmentlər yarpaqlarda qırmızı və çəhrayı rəngləri meydana gətirən maddələrdir. Əgər bir bitkidə birdən çox piqment olarsa, bu vəziyyətdə bitkidə, piqmentlərin əks etdirdiyi rəngin qarışığı müşahidə olunar.

Özünə rəng verən bütün piqmentlərin məlumatı o bitkinin DNT-sində kodlanmışdır. Buna görə də bir bitki növü dünyanın harasına gedirsə getsin eyni xüsusiyyətləri daşıyır. Məsələn, dünyanın hər yerindəki portağalların rəngi eynidir, formaları və qabıqlarının toxuması eynidir. Portağalın qabığının içində olan içi narıncı rəngli, qoxulu, şəkərli su dolu kisələri meydana gətirən şəffaf pərdənin rəngi dünyanın heç bir yerində dəyişməz. Bananlar dünyanın hər yerində sarıdır, pomidorlar qırmızı, güllər, bənövşələr, qərənfillər həmişə eyni rəngdədir. Dünyanın harasına gedirsiz gedin təbii olaraq yetişən bir çiyələyin fərqli bir rəngdə olduğunu görə bilməzsiniz. Dünyanın hər yerindəki çiyələklərin DNT-sində, onları bildiyimiz çiyələk halına gətirən xüsusiyyətlər mövcuddur. Çiyələyin rəngi, qoxusu, ləzzəti həmişə eynidir. Bu bənzəri olmayan bir nizamdır. Belə bir nizamın öz-özünə baş verən təsadüflərlə meydana gəldiyi, əlbəttə ki, iddia edilə bilməz.


Dünyanın hər yerinə hakim olan bu bənzərsiz sənətin sahibi üstün bir ağıl sahibi olan Allahdır. Allah hər şeyə qadirdir.
Eyni torpaqda yetişməsinə, eyni su ilə suvarılmasına baxmayaraq, necə olub da bitkilərdə bu qədər müxtəlif rənglərin ortaya çıxdığını heç düşündünüzmü?
Allah Rad surəsində eyni su ilə suvarılmasına baxmayaraq, torpaqdan fərqli məhsulların çıxmasına belə diqqət çəkir:

Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır. (Rad surəsi, 4)

Bitkilərin etdikləri fotosintez əməliyyatı nəticəsində digər canlıların qida ehtiyatları olan karbohidratlar meydana gələr. Fotosintez nəticəsində hazırlanan maddələr həm bitkilərin özləri, həm heyvanlar, həm də insanlar üçün olduqca əhəmiyyətlidir. Çünki yer üzündəki bütün canlıların əsas qida mənbəyi bitkilərdir.


Allahın ayədə diqqət çəkdiyi kimi eyni torpaqdan fərqli məhsulların çıxmasını bir də ətrafımızda olan tərəvəz və meyvələr üzərində düşünək. Məsələn qarpızları, qovunları, kiviləri, bananları, gilasları, badımcanları, pomidorları, üzümləri, şaftalıları, paxlaları araşdıraq. Tünd sarı rəngli qabığını açdığınızda içindən bənzərsiz qoxusuyla, açıq sarı rəngdə banan çıxar. Almanın qırmızı, yaşıl və ya sarı rənglərdə ola bilən qabığı hamar bir səthə malikdir. İçindəki özünəməxsus alma qoxusuna sahib şəkərli suyun dad və qoxu keyfiyyəti insanlar tərəfindən qüsursuz olaraq təqlid edilə bilmir.


Bunlardan ötrü ağıla eyni quru torpaqdan çıxmasına baxmayaraq, bütün çiçəklərin, ağacların, tərəvəz və meyvələrin necə olub da bu qədər fərqli rənglərə sahib olduqları sualı gələ bilər. Məhz bu, Allahın sonsuz elminin və bənzərsiz yaratmasının bir dəlilidir. Bir insanın yeni bir rəng yaratması mümkün deyil. İnsanların yaratdıqları bütün rənglər təbiətdə olanlardan yola çıxılaraq əldə edilən surətlərdən ibarətdir. Amma Allah yoxdan var edəndir və yer üzündəki canlıları tamamlayan rənglərin hamısının yaradılışı Ona məxsusdur. Allahın yaratma sənətinin bənzəri yoxdur. Üstün güc sahibi Allahın sifətlərindən biri də Müsəvvir (təsvir edən, hər şeyə forma və surət verən) dir. Allah yaratdığı hər şeyi ən gözəl surətdə yaratmışdır:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

 

Yer üzündəki bütün bitkilərin rəngləri və xarici görünüşləri, insan ruhuna ən xoş gələcək şəkildə yaradılmışdır. Meyvələrdə və tərəvəzlərdə bənzərsiz bir rəng müxtəlifliyi vardır. Bununla yanaşı çiçəkləri və ağacları düşündüyümüzdə də eyni estetik görünüş və rəng müxtəlifliyi ilə qarşılaşırıq.


Çiçəklərdə də çox bənzərsiz bir rəng və naxış dizaynı vardır. Yer üzündəki yüz minlərlə növ çiçəyin hər biri özünəməxsus xüsusiyyətlərlə təchiz edilmişdir. İndiki vaxtda insanların hazırladıqları qoxular, naxışlar və rənglər təbiətdəki bənzərlərinin təqlid edilməsiylə hazırlanılır. Məsələn, bənövşələrin məxmər yumşaqlığındakı yarpaqlarının bənövşəyi rəngləri və yarpaq toxumalarındakı hamarlıq bənzərsizdir. Məxmər parçalar bənövşələrin toxuması təqlid edilərək hazırlanır, amma yenə də eyni keyfiyyət yaradıla bilmir.

Bu şəkildə düşünərək yer üzündəki hansı bitkini araşdırırıqsa araşdıraq, qarşılaşdığımız nəticə qüsursuz bir yaradılış olacaq. Yaratmada şəriki olmayan Allah, dadı, qoxusu, rəngi, naxışı fərqli olacaq şəkildə bitkiləri insanlar üçün yaratmışdır. Bizə düşən Allahın yaratdığı dəlillər üzərində düşünüb, şükür etməkdir.

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar