Görmə əməliyyatında torlu qişanın rolu

T orlu qişanı daha dərindən araşdıraraq bir az daha dərinliyə gedək. Torlu qişada özünə bir vəzifə götürən "rodopsin" adlı piqment maddəsinin olmadığını fərz edək. Rodopsin güclü işıqda öz xüsusiyyətini itirən, qaranlıqda təkrar əmələ gələn bir maddədir. Gözdə kifayət qədər rodopsin əmələ gələnə qədər göz qaranlıqda dəqiq görə bilməz. Rodopsinin xüsusiyyəti işıqdan alınan səmərənin artırılmasıdır. Bu maddə tam lazım olduğu anda ehtiyac duyduğu qədər yaradılır. Rodopsin tarazlığı qurulduğunda isə şəkillər aydınlaşmağa başlayar. Görmə əməliyyatında olduqca əhəmiyyətli bir maddə olan rodopsin olmasaydı nə olardı? Bu vəziyyətdə insan yalnız aydınlıqda görən bir canlı olardı.2 Göründüyü kimi gözdə ən incə təfərrüatına qədər düşünülmüş qüsursuz bir sistem vardır.

Bəs bizi qaranlıqlardan xilas edib, bizə rəngli bir dünya təqdim edən bu sistem kimin əsəridir?
Bura qədər sıraladığımız hər mərhələ bir ağıl, iradə və güc tələb edən əməliyyatlardır. Belə bir ardıcıllığın və uyğunluğun təsadüfən meydana gəlmə ehtimalının olmadığı isə çox açıq bir həqiqətdir. Belə bir sistemin vaxt ərzində meydana gəlməsi də qeyri-mümkündür. Bu əməliyyatların təsadüfən meydana gəlməsi üçün milyonlarla, hətta milyardlarla il gözlənilsə də nəticə heç bir şəkildə dəyişməyəcək. Gözləməklə ya da təsadüflərlə rəngli bir dünyanı meydana gətirəcək sistemlər əsla əmələ gələ bilməz. Bu mükəmməl sistem ancaq xüsusi bir dizaynın nəticəsində ortaya çıxa bilər ki, bunun mənası da yaradılış olduğudur. Allah bütün kainatı bürüyən sonsuz bir gücün və ağlın sahibidir. Kainatdakı hər nizamda Allahın bənzərsiz yaratma sənətinin nümunələri vardır. Rənglərin meydana gəlməsindəki bənzərsiz sənət də Allahın bənzərsiz yaratması ilə ortaya çıxmışdır. Allah hər şeyə qadirdir.

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!" – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar