Ağıllı dizayn yəni yaradılış

A llahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur. Kitabın bəzi yerlərində istifadə edilən 'dizayn' ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratmış olması, Rəbbimizin əvvəl plan qurduğu daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir 'dizayn' etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın, bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün yalnız: "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: "Ol!" deyər, o da olar. (Yasin surəsi, 82)

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!" – deyər, o da olar. (Bəqərə surəsi, 117)

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar