Rənglərin dili

R ənglər necə insanlar üçün ətraflarını tanımaqda əhəmiyyətlidirlərsə, eynilə digər canlıların həyatlarını davam etdirmələri üçün də əvəzolunmazdır. Canlılar sahib olduqları işıq və qəbul etmə sistemlərinə görə fəaliyyət göstərən bir "rəng dili"-nə sahibdirlər. Yəni hər canlı növü üçün rənglərin ifadə etdiyi mənalar dəyişir. Hər canlının həyatını davam etdirə bilməsi üçün yaşadığı mühitdəki rənglərin dilini bilməsi zəruridir. Çünki həyati fəaliyyətlər ancaq bu dilin başa düşülməsiylə idarə olunur. Bəs canlılar bu rəng dilindən necə istifadə edirlər?

Əvvəlcə canlıların çox böyük bir hissəsi qida tapa bilmək üçün rənglərin köməyinə ehtiyac duyarlar. İkinci olaraq dərilərinin, pulcuqlarının və ya xəzlərinin rəngi, xüsusilə istiliyi yayma və ya tutma kimi xüsusiyyətləriylə canlıların yaşaması baxımından çox əhəmiyyətli bir rol oynayarlar. Həmçinin canlılar düşmənlərindən qorunarkən də rənglərindən istifadə edərlər. Yaşadıqları mühitə uyğun olan rəngləri sayəsində kamuflyaj olar, düşmənlərindən gizlənə bilərlər. Və ya üzərlərində daşıdıqları rənglər və naxışlar düşmənləri baxımından daşındırıcı bir görünüş meydana gətirə bilər. Rəngin köməkçi olduğu başqa bir məqam da canlıların yoldaşlarını və ya balalarını tanımalarıdır. Məsələn ana quş balasının qida ehtiyacını dimdiyinin rəngi sayəsində başa düşür. Eyni şəkildə bala da anasını bu şəkildə tanıyır və qidanın gəldiyini başa düşür.16 Təbiətdəki bu nümunələrdə də göründüyü kimi canlılar, həyatlarını davam etdirə bilmək üçün rənglərin mənalarını doğru bilməlidirlər. Bu məlumatı doğru olaraq ala bilmələri üçün də, bunu başa düşə biləcəkləri uyğun sistemlərə sahib olmalıdırlar.

 

Əgər bu sistemlər olmasa xarici mühiti qəbul edə bilməz və həyatlarını davam etdirmələri üçün lazım olan fəaliyyətləri yerinə yetirməzdilər. Qidalarını tanıya bilməz, düşmənlərini seçə bilməzdilər. Buna görə də xarici aləm ilə əlaqələri kəsilər, ölümə məhkum olardılar.


Canlıların sahib olduğu bu təfərrüatlı sistemin təsadüfi bir şəkildə meydana gəldiyi əsla iddia edilə bilməz. Çünki hər sistem, hər uyğunluq, hər dizayn, hər proqram, hər plan, hər tarazlıq bir tənzimləyici tərəfindən yaradılmaq məcburiyyətindədir. Bu uyğunluğu ən mükəmməl şəkildə canlıların bədəninə və yaşadıqları ətraf mühitə yerləşdirən bir iradə və güc mütləq vardır. Bu gücün sahibi, üstün bir məlumat ilə həm mühiti, həm canlının özünü, həm də istifadə etdiyi sistemləri əhatə etmişdir. Bu gücün sahibi aləmlərin Rəbbi olan Allahdır.


Canlıları araşdırdığımızda rənglərin dilini məharətlə istifadə etdiklərini görərik. Budur canlıların həyatlarında əhəmiyyətli bir yer tutan rənglərin dilindən nümunələr:

Kamuflyaj

Heyvanlardakı müdafiə vasitələrindən ən əhəmiyyətlilərindən biri də, şübhəsiz ki, kamuflyajdır. Kamuflyaj olunan canlılar yaşadıqları mühitə olduqca uyğun şəkildə yaradılan bədən quruluşları ilə sanki xüsusi bir qoruma altına alınmışlar. Bu canlıların bədənləri olduqları mühitlə o qədər uyğundur ki, şəkillərinə baxıldığında bəzilərinin bir bitkiyə yoxsa bir heyvana aid olduğunu başa düşmək ya da eyni mühitdə olan heyvanla bitkini bir-birindən fərqləndirə bilmək az qala qeyri-mümkündür.

Yaşadıqları mühitin rənglərinə görə öz rənglərini dəyişdirən canlılar həmişə elm adamlarının diqqətini çəkmişdir. Aparılan tədqiqatlar, bir canlının necə olub da özündən tamamilə fərqli quruluşdakı bir canlıya eynilə bənzədiyi sualının cavabını tapa bilmək üçündür.


Məsələn, bağçada yeriyərkən yarpaq zənn etdiyiniz üçün ayaqlamaqdan son anda xilas olduğunuz qurbağanın nə kimi əməliyyatlar yerinə yetirərək o naxışlara və rəngə sahib olduğunu heç düşünmüşdünüzmü? Qurbağanın özünü kamuflyaj etməsi onun üçün çox əhəmiyyətli bir müdafiə olunma vasitəsidir. Bunun sayəsində olduğu mühitdə görünməz hala gələn qurbağa düşmənlərindən asanlıqla xilas olmuş olar. Çəhrayı bir çiçəyin üzərindəki çəhrayı hörümçək, çiçəkdəki açıq və tünd çəhrayı rəngi eyni çalarlarıyla ala bildiyi halda, eyni cür hörümçəyin başqa bir üzvü fərqli bir çiçəyin üzərində -məsələn sarı rəngli bir çiçəyin üzərində- eyni rəngi ala bilir.


İnsan bir budağa baxıb üzərində heç bir şey olmadığını zənn edərkən, qəflətən bir kəpənək uçub gedə bilər. Bir saniyə əvvəl, üzərindəki qurumuş və qopmuş yerlərə qədər tam bir yarpaq görünüşündə olan bu kəpənək, kamuflyaj möcüzəsinin qüsursuz bir nümunəsidir.


Sonrakı səhifələrdə görüləcəyi kimi, canlıların üzərlərində olduqları cisimlərə bənzəməsi düşmənlərinin onları fərq etmələrinin qarşısını alar. Əlbəttə ki, kamuflyaj olunan canlılar, qorunmaq məqsədiylə bədənlərini yarpağa, bir budağa ya da bir çiçəyə öz özlərinə bənzətməmişdirlər. Hətta onlar bu bənzərliklər sayəsində qorunduqlarından belə xəbərləri yoxdur. Amma buna baxmayaraq istisnasız bütün nümunələrdə kamuflyaj prosesi çox məharətlə yerinə yetirilir. Çiçəyin rəngiylə eyni olan bir böcək, yarpaq budağı kimi hərəkətsiz dayanan bir ilan, yaş zəminin rəngini alan bir qurbağa, bir sözlə, kamuflyaj olunan bütün canlılar, kamuflyajın xüsusi olaraq yaradılmış bir müdafiə üsulu olduğunu sübut edən bir dəlildir.

 

Heç bir canlı belə bir əməliyyatı öz-özünə və ya təsadüfən reallaşdıra bilməz. Əlbəttə ki, canlılara kamuflyaj qabiliyyətini verən, rəng dəyişikliyini reallaşdıracaqları kimya laboratoriyalarını bədənlərinə yerləşdirən üstün ağıl və məlumat sahibi olan Allahdır.

Sürünənlərdəki kamuflyaj üsulları

Bir sürünən vəhşi təbiətdə düşmənlərindən qorunmaq üçün nə edir? Sürətli hərəkət edə bilməyən bu canlılar üçün ən asan üsullardan biri, şübhəsiz ki, gizlənməkdir. Ən yaxşı gizlənmə üsulu isə canlının bədəninin mühitlə uyğunluq içində olmasıdır. Rəng və naxışlar həqiqətdə bir çox canlı üçün həyat qurtarıcı xüsusiyyətə sahibdirlər. Məsələn Afrikanın yağış meşələrində yaşayan tropik bir ilan olan rhino viperin mavi, qırmızı, sarı, ağ və qaranın həndəsi naxışları ilə bəzədilmiş dərisi sayəsində meşənin içində seçilməsi az qala qeyri-mümkündür. Yan səhifələrdəki ilanların sahib olduğu rənglər maraqlı bir şəkildə içində yaşadıqları mühitlə tam uyğundur. Bu birə-bir uyğunluq ağla bəzi suallar gətirəcək. Beləsinə uyğun rənglər necə ortaya çıxmışdır? Bunun təsadüfən meydana gəlməsi ya da belə bir quruluşu sürünənin öz-özünə meydana gətirməsi mümkündürmü?


Əlbəttə ki, belə bir şey mümkün deyil. Sürünənin əvvəlcə olduğu mühiti analiz edib, sonra da özündə nə kimi dəyişikliklər aparmasının lazım olduğuna qərar verməklə, naxış və rəng təyin etməsi mümkün deyil. Üstəlik bədənində belə bir dəyişiklik üçün lazımi olan kimyəvi əməliyyatları reallaşdıra biləcək bir sistem meydana gətirdiyini iddia etmək tamamilə ağılsız və məntiqsizdir. Sürünənin bu rənglərə təsadüfən sahib olduğu kimi bir iddia da mənasızdır.


Yer üzündəki ağıl sahibi yeganə varlıq olan insan belə bədənindəki hər hansı bir yerin rəngini dəyişdirə bilməz. Bu dəyişikliyi təmin edəcək bir sistemi öz bədəni içində yarada bilməz. Bu vəziyyətdə bir sürünənin rənginin, ətraf mühitin rəngiylə çalarları belə fərqli olmayacaq şəkildə qüsursuz bir bənzərliyə sahib olmasının tək bir izahı vardır. Bu canlı çox üstün bir ağıl sahibi tərəfindən yaradılmışdır. Bu ağıl, üstün və sonsuz güc sahibi olan Uca Rəbbimiz Allaha aiddir. Allah hər canlının ehtiyacını ən yaxşı biləndir.

Ən məşhur kamuflyaj olunan sürünən: Buqələmun

Heç olduğu mühitə görə rəng dəyişdirən bir buqələmun gördünüzmü? Bu həqiqətən də görülməyə dəyər hadisələrdən biridir. Çünki buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu işi görmə sürəti ilə insanı heyrətə salar. Digər bir çox sürünən də rəng dəyişdirmə qabiliyyətinə sahib olduğu halda heç biri bunu buqələmun qədər sürətli edə bilməz. Buqələmun dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcıları, mavi və ağ əks etdirici təbəqələri və ən əhəmiyyətlisi də vəziyyətə görə dərisinin rəngini dəyişdirən xromatofor hüceyrələrindən böyük bir məharətlə istifadə edə bilir.29 Məsələn bir buqələmunu sapsarı bir mühitə qoyduğunuzda bədəninin rənginin də sürətlə sarı rəngə çevrildiyini və mühitə uyğunlaşma təmin etdiyini görərsiniz. Üstəlik buqələmun yalnız tək bir rəngə deyil, rəngarəng rənglərə də tam bir uyğunlaşma göstərə bilir. Bunu bacara bilməsinin sirri isə bu usta kamuflyajçının dərisinin altındakı rəng hüceyrələrinin ölçü baxımından böyümələri və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunlaşmalarıdır. Bəs buqələmun bu olduqca mükəmməl dəyişikliyi öz-özünə edə bilərmi? Ən məharətli rəssamın belə bir rəngin eynisini əldə etmək üçün saatlarla məşğul olması lazım olduğu halda, bu heyvanların yaşadıqları mühitə, ondan seçilə bilməyəcək şəkildə qarışmaları necə reallaşır?


Belə bir əməliyyatı buqələmunun öz iradəsiylə etdiyini iddia etmək, əlbəttə ki, ağılsızlıq olacaq. Çünki bir sürünənin öz bədəninin görünüşünü təyin etməsi, hətta görünüşünü dəyişdirəcək bir sistemi bədəninin içinə yerləşdirməsi, əlbəttə ki, mümkün deyil. Və ya bu canlının bədənindəki bütün hüceyrələrə, atomlara hakim olduğunu, onlar üzərində istədiyi tənzimləmə əməliyyatını həyata keçirdiyi, lazımi piqmentləri yaratdığını iddia etmək də olduqca absurddur. Belə üstün bir qabiliyyətin təsadüfən meydana gəldiyini iddia etmək isə tamamilə əsassız və mənasız bir iddiadır. Təbiətdəki heç bir mexanizm belə qüsursuz bir qabiliyyəti meydana gətirmə və ehtiyacı olan canlıya vermə gücünə sahib deyil. Buqələmunlar da yer üzündəki digər bütün canlılar kimi Allah tərəfindən yaradılmışdır. Allah yaratma sənətindəki bənzərsizliyi bizə bu nümunələrlə də göstərir. Allah üstün və güclü olandır.

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)

Vəziyyətə görə rəng dəyişdirmə

Canlılar rənglərindən yalnız düşmənlərindən qorunmaq məqsədiyləmi istifadə edirlər? Əlbəttə ki, xeyr. Bəzi heyvanlar, bədənlərini örtən tüklərə rəngini verən fermentlər sayəsində soyuqdan və istidən də qorunurlar. Soyuq bölgələrdə yaşayan heyvanlarda, bədənin ən həssas yerləri olan ayaq ucunda, qulaqda və burunda olan tüklər tünd rəngdədir. Tünd rəngli tüklər, insanların qışda tünd rəng geyimlər geyərək günəş şüalarından daha çox faydalanmağa çalışmaları kimi, heyvanların da günəş enerjisini daha çox alıb, daha asan qızınmalarını təmin edir. Rəng dəyişməsi, quru heyvanlarında tez-tez rast gəlinən bir vəziyyətdir. Məsələn yayda şimal tülkülərinin tükləri ağ rəngə çevrilər, çünki bədən temperaturları yüksək olar. Qışda isə havalar soyduğu üçün bədən temperaturları aşağı düşər və fermentlərin asanlıqla çalışa biləcəyi bir mühit təmin edilər. Bu səbəblə də qışda şimal tülkülərinin tükləri tündləşər. Yenə şimal qütbündə yaşayan dovşanlar, tülkülər, gəlincik və qiymətli xəzdərili heyvanlar da yayda qəhvəyi, qışda isə ağ rəngə bürünərlər.


Rəng dəyişməsini təmin edən fermentə tirozinoz adı verilmişdir.
Bəzi quşlar da qış aylarında dümağ bir rəng aldıqları halda, yaz gəldikdə torpağın və bitki örtüyünün rənginə uyğun yeni bir görünüşə bürünərlər.

Mesaj verən rənglər

Canlılar rənglərindən çox müxtəlif məqsədlər üçün istifadə edərlər. Bir-birlərinə müxtəlif mövzularda mesajlar vermələri də bunlardan biridir. Sonrakı səhifələrdə bu mövzudakı nümunələrin bir qisminə yer verəcəyik.

Quşlardakı rənglər

Quşların rəngarəng tüklərinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri cansız strukturlar olmalarıdır. Bir tükün tamamilə cansız olması, qopan tükün rəngini eynilə mühafizə etməsinin də səbəbidir.
Quşlardakı zəngin rəng müxtəlifliyi, tüklərin tərkibində olan və tük ilk meydana gəlməyə başladığı vaxtda saxlanılan piqmentlərin varlığıyla və ya tüklərin quruluş xüsusiyyətindən ötrü işıq hərəkətləriylə əlaqədar olaraq meydana gəlir.
Keratin maddəsindən meydana gələn bu birləşmələr, ətraf mühitin təsirindən qısa müddətdə dağıldıqlarından müəyyən fasilələrlə yenilənərlər. Amma heyvan hər dəfə rəngarəng tüklərinə yenidən qovuşar. Çünki quşların tükləri, lazımi uzunluğa, növün rəng və naxış xüsusiyyətlərinə tam olaraq çatana qədər inkişaf edər.


Tüklər sahib olduqları fərqli quruluş sayəsində eynilə şüşə prizmanın işığı rənglərə parçalaması kimi bir görünüş təqdim edə bilərlər. Bu şəkildə işığın sınmasıyla ortaya çıxan rənglər, piqmentlərlə rənglənmiş olanlardan daha canlı və parlaqdırlar. Bu tüklərin rəngləri mavidən yaşıla, portağal rəngindən qırmızıya çevrilir. Ümumiyyətlə quşlardakı yaşıl, mavi və parlaq rənglər işığın əks olunma və sınması nəticəsində meydana gələr. Ancaq bəzi rənglər piqmentlərdən də qaynaqlana bilər.
Quşlarda başlıca üç növ piqmentin olduğu müşahidə olunur. Bunlar, qara, qəhvəyi və ya solğun sarı rəngi təmin edən melanin piqmentləri: Qırmızı, sarı və portağal rəngini verən karotinoidlərdir.


Quşlardakı mavi, yaşıl və digər bəzi parlaq rənglər isə, tüklərin üzərindəki mikroskopik nazik löhvəciklərlə işığın sınması və əks olunması nəticəsində meydana gəlirlər. Məsələn, bəzi quşlardakı mavi rəng, işıq spektrindəki bütün rənglərin tüklər tərəfindən udulması və tək mavi rəngin əks olunmasıyla ortaya çıxar.
Hormonlar da quşlardakı rəng dəyişikliyində əhəmiyyətli rol oynayarlar. Bəzi növlərin erkək və dişi fərdlərindəki rəng müxtəlifliyi cinsi hormonlardan qaynaqlanar. Məsələn, xoruzlarla toyuqların tük forması və rənglərinin fərqli olması esterogen hormonundan asılıdır.


Quşlardakı rənglər, olduqları ətraf mühitlə uyğunlaşması, erkək və dişi fərdlərin bir-birlərini tanıması və nəsil çoxaltma mövsümündə erkək quşların dişiləri özünə heyran etməyə çalışması əsnasında əhəmiyyətlidir. Həmçinin tüklərə rəng verən piqmentlər, tükün dözümlülüyünü artırır, günəş şüalarından istilik əldə edərək ehtiyyatda saxlayar və zərərli ultrabənövşəyi şüalarının bədənə girməsinin qarşısını alarlar.

Kəpənəklər

Kəpənək qanadlarındakı rəng yaranması olduqca maraqlıdır. Bir kəpənəyin qanadlarının üzərindəki pulcuqlar vasitəsiylə işıq əks olunar və ortaya “həqiqətdə olmayan”, amma ağlasığmaz bir simmetriya və gözəllik göstərən rənglər çıxar. “Həqiqətdə olmayan” deyirik, niyə belə dediyimizi bilirsinizmi?
Kəpənəklər, bədənləriylə müqayisədə olduqca geniş bir səthə sahib olan qanadlarının gözəlliyiylə tanınırlar. Bəs kəpənək qanadlarındakı bu möhtəşəm naxışlar və rənglər necə meydana gəlir?

 

Kəpənəklər əslində şəffaf olan bir cüt pərdəli qanada sahibdirlər. Bunlar, sıxlıqları fərqli pulcuqlarla örtülü olduğu üçün pərdəli qanadların şəffaflığı seçilməz. Kəpənək qanadlarının aerodinamikasını (hava axınlarından faydalanaraq edilən hərəkətlər) artıran, onlara rəngini verən məhz bu pulcuqlardır. Toxunulduğu təqdirdə yerlərindən qopacaq qədər həssas olan bu pulcuqların, kəpənəyin qanadına batan iti ucları vardır. Bunun sayəsində pulcuqlar tökülmədən dura bilərlər. Qanadın üstünə bir evin kirəmitləri kimi düzülmüş olan hər pulcuq ya kimyəvi piqmentlərlə, ya da sabun köpüyündəki kimi üstünə düşən işığı göy qurşağı rənglərinə sındıran quruluşu ilə rəng qazanar. Həmçinin laboratoriya tədqiqatları, fərqli rənglərin müxtəlif kimyəvi maddələrə bağlı olduqlarını da göstərmişdir. Məsələn, Pteridin adlanan rəng maddəsinin növləri, kəpənəklərdə geniş şəkildə müşahidə olunan çəhrayı, ağ və sarı rəngləri təmin edən maddələrdir. Çox tez-tez rast gəlinən melanin adlı rəng maddəsi isə qanadlardakı qara xallarda olar. Həmçinin kəpənəklərin qanadlarındakı rənglər həmişə göründükləri kimi deyildirlər. Məsələn, yaşıl rəngli pulcuqlar: Qara və sarı rəngli pulcuqların qarışığından əmələ gəlir. Kəpənəklərin qanadları üzərində aparılan son tədqiqatlar, piqmentlərin pulcuqlarda hazırlandığını və melanin hazırlanması üçün lazım olan fermentlərin pulcuqların üst dərisində olduğunu göstərmişdir. Kəpənəklərdəki bu çox dəyişkən rənglər yalnız rəng maddələrindən qaynaqlanmaz. Kəpənəyin qanadlarındakı pulcuqların quruluşu, nizamı, əks olunma, sınma kimi işıq hadisələrinin ortaya çıxmasına və möhtəşəm gözəllikdəki rənglərin yaranmasına səbəb olar. Məsələn, Stilpnotio Salicis kəpənəyinin hava qabarcıqlarıyla dolu yarı şəffaf pulcuqları var. Bu pulcuqlarda boya maddəsi olmamasına baxmayaraq, içlərindən keçən işıq, kəpənəyin atlaza bənzər bir görünüş almasını təmin edir.


Argynnis kəpənəyinin isə qanad pulcuqlarının səthi inanılmayacaq qədər yumşaqdır və qanadlarında gümüşü əks olunmalar vardır. Bəzi kəpənəklər, bir-birinin üstündə yerləşən iki pulcuq təbəqəsinin müxtəlif düzülüşləri də müxtəlif işıq əks olunmaları meydana gətirə bilər, məsələn kəpənəyin qaramtıl və ya qəhvəyi rəngdə deyil, əksinə mavi rəngdə görünməsini təmin edə bilər. Kəpənəklərin qanad quruluşunu, yalnız rənglərini nəzərə alaraq öyrəndiyimiz vaxt belə bir çox möcüzə ilə qarşılaşarıq. Belə fövqəladə gözəllikdəki bir görünüşün varlığı, şübhəsiz ki, bütün bunları yaradan Allahın üstün qüdrətinin və sonsuz sənətinin bir dəlilidir.


Bu vaxt qeyd etmək lazımdır ki, kəpənəklərin qanadlarındakı rənglərin və naxışların bir bəzək olaraq yaradılmalarıyla yanaşı, bu canlılar üçün başqa bir çox həyati funksiyaları da vardır.

Kəpənəklərdəki saxta gözlər

Bir çox kəpənəyin üzərində böyük bir canlının gözlərini xatırladan tünd rəngli yumru naxışlar vardır. Yenə qanadların üzərindəki rəngli pulcuqlardan ibarət olan bu gözlər kəpənəklərin ən əhəmiyyətli müdafiə mexanizmini meydana gətirərlər. Kəpənəklər dincələrkən qanadlarını bağlı vəziyyətdə saxlayar, hər hansı bir düşmənlə qarşılaşanda və yaxud da kiçik bir toxunuş nəticəsində qanadlar ani surətdə açılır və qanad səthindəki iri və tünd rəngli parlaq göz naxışları ortaya çıxar. Bu sayədə düşmənə lazım olan mesaj çatdırılmış olar.

Kəpənəklərin kamuflyaj olunması

Kəpənəklərin saxta gözlərdən başqa kamuflyaj olunma qabiliyyətləri də qəribədir. Kamuflyaj olunan kəpənəklər kolun rəngini görür, təsbitlər edib, bunları analiz edir, çox yaxşı işləyən bir sistemlə bədənlərində hazırladıqları rənglərlə kolun rənginə bürünür, düşməninin zövqlərindən xəbərdar olan başqa bir növsə onun xoşuna gəlməyəcək rənglərə bürünərək xəbərdarlıq mesajları verir. Daha doğrusu bir kəpənəyin saydığımız bütün bu əməliyyatları yerinə yetirməsi əsla mümkün deyil. Bunu belə bir misalla aydınlaşdıra bilərik:


Bir laboratoriya mühitində hər hansı bir rəngi meydana gətirməyə çalışdığınızı düşünün. Bu mövzuda heç məlumatınız yoxsa, olduğunuz laboratoriya nə qədər təkmilləşmiş alətlərlə ya da imkanlarla dolu olursa olsun istədiyiniz kimi qəti bir nəticə ala bilməzsiniz. Kəpənəklərin hazırladığı kimi mühitlə eyni rəngi, eyni naxışları meydana gətirib, tamamilə görünməz hala gələcək bir keyfiyyəti əldə etməyi bir kənara qoyaq, hər hansı mənalı bir rəng belə yarada bilməzsiniz. Vəziyyət belə olduğu halda kəpənəklərdəki bu böyük sistemin təsadüflərlə əmələ gəldiyini iddia etmək, əlbəttə ki, elmdən kənar və ağılsız bir iddia olacaq. Ortada bir nizam varsa, onu yaradan biri də vardır. Yer üzündəki qüsursuz nizam Rəhman olan Allaha aiddir. Ağıl sahibi insanlara düşən Allahın yaratdığı üzərində geniş şəkildə düşünməkdir. Uca Rəbbimiz Allah Nəhl surəsində belə bildirir:

Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 13)

İşığı udan qara xallar

Bəzi kəpənəklərdə xüsusilə qanadların bədənə yaxın yerlərində pulcuqlardan meydana gəlmiş nəhəng tünd rəngli xallar vardır. Hər iki qanadda simmetrik olaraq yerləşən bu xallar kəpənəklərin uça bilməsi üçün çox əhəmiyyətli bir funksiyaya malikdir. Uçmaq üçün lazım olan bədən temperaturuna çata bilmək üçün kəpənəklər bu xallardan faydalanırlar. Necə mi?
Pulcuqlar rənglərinə görə temperaturu maksimum və ya minimum səviyyəyə gətirə bilmə xüsusiyyətinə sahibdirlər. Günəşin altında sanki müəyyən bir bucağı əldə etməyə çalışırmış kimi qanadlarını açıb bağlayan kəpənəkləri hamımız görmüşük. Məhz bu hərəkəti edərək günəş şüasını almağa çalışan kəpənəklərə qanadlarındakı qara xallar kömək edər. Bədənini qızışdırması lazım olan kəpənək günəş şüalarının bu xalların üstünə düşməsini tənzimləyəcək şəkildə qanadlarını açıb bağlayar, beləcə bədənini asanlıqla qızdırmış olar. Açıq ərazidə Günəşin altında qalan kəpənəklərin rəngi digərlərinə görə daha açıqdır, meşəlik ərazidəkilərin rəngi isə daha tünddür. Bəzi Lepidoptera kəpənəkləri isə qanadlarında pulcuq olmadığı üçün işığı əks etdirə bilməzlər, buna görə şəffafdırlar. Bu kəpənək növünü uçarkən görə bilmək mümkündür, amma bir yerə qonduqlarında görmək qeyri-mümkündür. Bu da kəpənək üçün mükəmməl bir müdafiə təmin edər. Bütün canlılarda olduğu kimi kəpənəklər də bütün ehtiyaclarını tam olaraq ödəyə biləcəkləri sistemlərlə birlikdə yaradılmış və bunların hamısı bir-birinə bağlı olan, biri olmazsa o birisi olmaz sistemlərdir.
Kainatdakı hər varlıq kimi kəpənəklər də sahib olduqları təfərüüatlarla Allah tərəfindən ehtiyac duyacaqları hər cür sistemlə birlikdə yaradılmışdır.

Dəniz altındakı rənglər

Su altındakı həyat, qurudakı həyatla müqayisədə çox fərqlidir. Suda yaşayan canlıların bütün xüsusiyyətləri suyun içində ən rahat yaşaya biləcəkləri şəkildə tənzimlənmişdir. Bir insan suda bir balığın gördüyü kimi görə bilməz, çünki insan gözü su altında dəqiq görməni təmin edəcək xüsusiyyətlərə sahib deyil. Məsələn balıqlardakı kimi bir linza sistemi yoxdur ya da insan gözü bir balığınkı kimi sferik və sərt deyil, buna görə də suda balıqlar qədər aydın bir görüş təmin edə bilməz, sudakı qırılmanı dəyərləndirə bilmədiyi üçün də balıqlar qədər dəqiq bir uzaqlıq təyin edə bilməz.
Allah hər bir canlını yaşadığı mühitlə ən uyğun xüsusiyyətlərə sahib olacaq şəkildə yaratmışdır. Dəniz altındakı canlılar Allahın yaratma sənətinin nümunələrinin yalnız kiçik bir hissəsidir. Allah yaratmada heç bir şəriki olmayan, hər şeyi öz nəzarəti altında saxlayandır.

Həqiqətən, bu, həqiqi bir hekayətdir. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 62)

 

Bitkilərdəki rənglərin dizaynı
İnsan düşünmədiyi vaxt ətrafında olan canlılardakı möcüzəvi xüsusiyyətləri də görə bilməz. Məsələn pərdə kimi nazik qanadlara sahib olan kəpənəklərin necə olub da uçduğunu, hər an hər yerdə gördüyü çiçəklərin necə olub da bu qədər müxtəlif rənglərə sahib olduğunu, metrlərlə hündürlükdəki ağacların ən uc budaqlarının belə necə olub da yamyaşıl qaldığını düşünmədiyi müddətcə, bunlardakı incəlikləri qavraya bilməz. Hətta bir çiçəkdəki fövqəladə sənət diqqətini çəkməyə bilər.
Halbuki bu kitabda təhlil etdiyimiz kimi böcəklərdən quşlara, bitkilərdən balıqlara qədər bütün canlılarda qüsursuz bir sənət açıq-aşkar şəkildə görünür. Şübhəsiz ki, bu sənət, bütün canlıların yaradıcısı olan Allaha aiddir.


Bitkiləri düşünək. Meyvələri, tərəvəzləri, çiçəkləri və ağacları... Hər biri müxtəlif rənglərə, qoxulara və dadlara sahib olan bitkilər Allahın yaratma sənətinin dəlillərindəndir. Ətrafınızda hər an gördüyünüz, bəzən də yalnız kitablardan tanıdığınız bitkilərin hər biri özünə xas rənglərə və naxışlara malikdir. Hamısının çoxalma yolları fərqlidir, tərkibindəki nektar miqdarı, qoxuları həmişə bir-birindən fərqlidir. Gülləri düşünək. Qırmızı, ağ, sarı, narıncı, çəhrayı, kənarları ağ rəngli, iki rəngli hətta keçidli rəngləri olan gülləri... Şübhəsiz ki, bunları görən bir insanın bunlara heyran olmaması, bu çiçəkləri yaradan Allahın sonsuz qüdrətini qavramaması çox böyük bir korluq olar. Allah Quranda gördüyü yaradılış dəlillərini təqdir edə bilməyən insanlardan belə bəhs etmişdir:

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. (Yusif surəsi, 105-106)

Bitkilərin niyə yaşıl rəngdə olduğunu heç düşündünüzmü?
Məlum olduğu kimi bitkilər aləmində hakim olan rəng yaşıl və yaşılın çalarlarıdır. Yaşıl rəngi meydana gətirən əsas maddə isə xlorofildir. Olduqca əhəmiyyətli bir maddə olan xlorofil bitki hüceyrəsinin sitoplazmasında dağınıq halda olan xloroplastlardakı bir piqmentdir. Günəşdən aldıqları işığı asanlıqla udacaq xüsusiyyətə sahib olan bu piqmentlər yalnız yaşıl rəngi əks etdirərlər. Bu xüsusiyyət, yarpaqlara yaşıl rəng verməklə yanaşı, “fotosintez” kimi həyati bir əməliyyatın reallaşmasını də təmin edir.
Bitkilər fotosintez əməliyyatında müxtəlif rənglərin birləşməsindən əmələ gələn günəş şüasından istifadə edərlər. Günəş şüasındakı rənglərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri enerji yüklərinin bir-birindən fərqli olmasıdır. Bu rənglərin ayrılması ilə əmələ gələn və spektr adı verilən rəng ardıcıllığının bir ucunda qırmızı və sarı rəngin çalarları, o biri ucunda da mavi və bənövşəyi rəngin çalarları var. Ən çox enerji daşıyanlar spektrin mavi ucundakı rənglərdir.

Rənglər arasındakı bu enerji fərqi bitkilər baxımından çox əhəmiyyətlidir, çünki fotosintez edə bilmək üçün çox enerjiyə ehtiyacları vardır. Bu səbəblə də bitkilər fotosintez prosesi vaxtı günəş şüalarından ən çox enerji daşıyanlarını, yəni spektrin ultrabənövşəyi ucundakı rənglərlə (mavi və bənövşəyi) yanaşı spektrin infraqırmızı ucundakı rəngləri (qırmızı, narıncı və sarı) udarlar. Yarpaqlar bütün bu əməliyyatları xloroplastlarda olan xlorofil piqmenti sayəsində bacarırlar.

Bitkinin fotosintez edə bilməsi üçün, xlorofil maddəsinin udduğu işıq hissəciklərinin enerji səviyyəsinin kafi olması lazımdır. Fotosintez prosesini qısa şəkildə izah edək. Bitki, bu işıq hissəciklərindən aldığı enerjiylə su molekullarını parçalayar və oksigen ilə hidrogen molekulları əldə edər. Əldə edilən hidrogen, bitkinin həyatını davam etdirməsi üçün karbon qazındakı karbon atomlarıyla reaksiyaya girərək bitkinin öz suyu halına çevrilər. Yəni bitki öz qidasını yaratmış olar. İstifadə olunmayan oksigen isə havaya buraxılır. Havadan qəbul etdiyimiz oksigenin çox böyük bir hissəsi bu yolla yaranır.

Göründüyü kimi bitkilərin yaşıl olması, onlara estetik bir görünüş verməklə yanaşı həm bitkilərin, həm də digər canlıların həyatlarını davam etdirə bilmələri üçün olduqca həyati bir əhəmiyyətə malikdir. Allah, bitkilərin və digər bütün canlıların qidalanmasında xlorofil maddəsini səbəb edir.

Veb saytlar

Məqalələr

Sənədli filmlər

TWEET

Yeni məlumatlar